İraqın Ərbil Beynəlxalq Hava Limanında ABŞ əsgərlərinin yerləşdiyi hərbi bazaya PUA-dan hücum edilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə İraq Kürd Regional Rəhbərliyinin (KRG) Terrorla Mübarizə Bölməsindən açıqlama verilib.
Bildirilib ki, Ərbil Beynəlxalq Hava Limanında ABŞ əsgərlərinin yerləşdiyi hərbi bazaya PUA ilə iki hücumun təşkil edilib.
Qeyd edilib ki, ilk hücumda istifadə edilən 2 PUA havada məhv edilib. İkinci hücumda istifadə edilən digər İHA-nın hədəfə çatmadan qəzaya uğradığı bildirilib. Hücumdan sonra Ərbil hava limanından uçuşlar müvəqqəti olaraq dayandırılıb. ABŞ-ın Ərbildəki Baş Konsulluğunda siren səsləri eşidilib.
İran tərəfdarı şiə milis qruplarının çətiri altında olan “İraq İslami Müqaviməti” adlı qrup hücumlara görə məsuliyyəti öz üzərinə götürdüyünü açıqlayıb.
Əfsanə
Manşet.az