İsrail-Həmas müharibəsinin 32-ci günü - Ölənlərin sayı Ukrayna-Rusiya müharibəsini ötdü

16:55 - 07 Noyabr 2023

İsrail-Həmas müharibəsinin 32-ci günü - Ölənlərin sayı Ukrayna-Rusiya müharibəsini ötdü

Oktyabrın 7-də HƏMAS-ın “Əqsa tufanı” adlandırdığı hücumlara cavab olaraq İsrail blokadada saxladığı Qəzza zolağına hücumlarını davam etdirir.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, qarşıdurmaların 32-ci günündə artıq 10 mindən çox fələstinli həyatını itirib.

Ölənlərin ümumi sayı 4 min 237-si uşaq olmaqla 10 min 328-ə çatıb.

İsrail mətbuatı Qəzzadan həyata keçirilən hücumlarda 345-i əsgər olmaqla 1400-dən çox israillinin həlak olduğunu, 5132 nəfərin isə yaralandığını açıqlayıb.

Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatına görə, Rusiyanın 21 ay əvvəl Ukraynaya qarşı başladığı müharibədə 9700 dinc sakin həlak olub. Bu onu göstərir ki, cəmi bir ay ərzində İsrail 2022-ci ilin fevralından bu yana Rusiyanın Ukraynada öldürdüyü qədər fələstinli mülki vətəndaşı öldürüb.

Əfsanə

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv