“Yenidən qapanmaya gedə bilərik” - Professordan bədbin PROQNOZ

09:25 - 22 İyun 2021

“Yenidən qapanmaya gedə bilərik” - Professordan bədbin PROQNOZ

Xeyli mübarizədən sonra Azərbaycanda COVİD-19-la bağlı vəziyyət, nəhayət, stabilləşib. Əlbəttə, bu, sevindiricidir. Axır ki, rahat nəfəs ala bilirik. “Kefimizə soğan doğrayan” isə dünyada sürətlə yayılan və artıq Rusiyanı ağuşuna alan Hindistan ştammıdır. Biz də əvvəlki günlərə yenidən qayıdacağıq?

Manset.az xəbər verir ki, Azərbaycan Tibb Universitetinin professoru Adil Qeybulla bu barədə “sherg.az”a danışıb:

“Düzdür, hazırda epidemioloji vəziyyət stabildir. Bu, xeyli insanın xəstələnməsi və vaksin olunması ilə əlaqədardır. Amma arxayınlaşmamalıyıq. Sürprizlər ola bilər. Dünyada “Delta” ştammı yayılır. Hətta “Delta+”la bağlı da müxtəlif iddialar var. Vəziyyət pisləşsə, yenidən qapanmaya gedə bilərik. Odur ki, diqqətli, ehtiyatlı olmalı, peyvəndləmə prosesinə loyal yanaşmalıyıq”.


Xəbər xətti

20 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin