<

Messi karyerası bitirməsi ilə bağlı suala belə cavab verdi

10:50 - 7 Noyabr 2023

Messi karyerası bitirməsi ilə bağlı suala belə cavab verdi

"İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messi karyerasını bitirməsi ilə bağlı sualı cavablandırıb.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə "Marca" nəşri yazır.

"Əvvəlcə də demişdim ki, gələcək haqqında düşünmürəm. Mən bu günü yaşamaq istəyirəm. Fiziki cəhətdən indi əla vəziyyətdəyəm. Daha nə qədər oynayacağım barədə dəqiq cavab verə bilmərəm. Bacara bilməyəcəyimi hiss edənə qədər meydançaya çıxmaq niyyətindəyəm", - deyə ulduz futbolçu bildirib.

Qeyd edək ki, Messinin ABŞ klubu ilə müqaviləsi 2025-ci ilə qədərdir. Ötən mövsüm argentinalı klubun heyətində 14 oyun keçirib, 11 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.


Xəbər xətti

7 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin