AZAL prezidentindən dron iddiasına REAKSİYA
26 Dekabr 2024
10:43 - 7 Noyabr 2023
Ningxia Universitetinin Çin Ərəb Ölkələri Araşdırma İnstitutunun prezidenti Li Şaosyan İsrailin Qəzzaya hücumlarını və Həmas-İsrail müharibəsini dəyərləndirib.
Manset.az-ın xarici nediaya istinadən məlumatına görə, Li Şaosyan Çin, Türkiyə, ərəb ölkələri, Rusiya və digər dövlətlər bu məsələdə koordinasiyada işləməli və təzyiqləri artırmalıdırlar.
Çin-Ərəb Ölkələri Araşdırma İnstitutunun sədri Linin sözlərinə görə, ABŞ-ın bölgədəki təsiri azaldıqca, İran və Səudiyyə Ərəbistanı kimi ölkələrin sülhə marağı artıb.
Ən əhəmiyyətli məqamın ölkələrin sülh iradəsi olduğunu vurğulayan Li, Tehran və Ər-Riyad arasındakı normallaşmanı nümunə göstərərək, “Bu şərtlər olmadan heç bir ölkə, o cümlədən Çin sülhə nail ola bilməzdi. Sülh üçün güclü ölkənin iradəsi lazımdır. Bu ölkə isə Çindir.
Li Şaosyan Səudiyyə Ərəbistanı ilə İran, İsrail və Fələstin, İsrail və İran arasındakı əlaqələrin Yaxın Şərqdə sülh üçün kritik əhəmiyyət kəsb etdiyinə diqqət çəkib. Bildirib ki, hazırda ən aktual məsələ Fələstin ilə İsrail arasında əlaqələrin qurulmasıdır. Li qeyd edib ki, Çin uzun müddətdir Fələstinin müstəqilliyini dəstəkləyir. Biz Çin Xalq Respublikası yaranandan bəri eyni fikirdəyik. İkincisi, Çin haradan və kimdən gəldiyindən asılı olmayaraq mülki şəxslərə qarşı istənilən hücuma qarşıdır. Üçüncüsü, biz İsraili beynəlxalq hüquqa zidd hərəkətlərinə görə qınayırıq. Çin ədalətin nə olduğunu bilir və doğru olanı dəstəkləyir.
Li sülh üçün ABŞ və İsrailə təzyiq edilməli olduğunu və 7 oktyabrda başlayan hücumların tezliklə bitməyəcəyinə inanır.
Əfsanə
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin