ABŞ dövlət katibi Antoni Blinkenin Türkiyəyə səfəri zamanı prezident Ərdoğanın Rizəyə səfəri Fransanın AFP xəbər agentliyinin mövzusu olub.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, xəbərdə prezident Ərdoğan bu yaxınlarda “Sən necə diplomatsan?” deyərək reaksiya verdiyi Blinkeni proqramına daxil etməyərək Rizəyə getməsi amerikalı diplomata “Sənə əhəmiyyət vermirəm” kimi şərh edilib.
Ankaraya gələn ABŞ dövlət katibi Blinken Türkiyə tarixində ilk dəfə heç bir yüksək səviyyəli rəsminin qatılmadığı mərasimlə qarşılanıb. Önlükdəki işıqların yandırılmadığı qarşılanmadan sonra Blinkenə müxtəlif küçələrdə asılan pankartlarla reaksiya verilib. Blinken xarici işlər naziri Hakan Fidan ilə görüşərək Qəzza başda olmaqla mühüm mövzuları müzakirə ediblər.
Qeyd edək ki, Blinken bu yaxınlarda İsrailə səfəri zamanı “ABŞ dövlət katibi kimi yox, bir yəhudi kimi buradayam” demişdi. Prezident Ərdoğan bu sözlərə "Bu necə siyasətçidir, bu necə yanaşmadır? Qarşınızdakılar mən də bölgəyə bir müsəlman olaraq yaxınlaşıram desələr, nə deyəcəksiniz?" ifadələri ilə reaksiya vermişdi.
Əfsanə
Manşet.az