Müharibənin ilk günündən İsrailə dəstəyini vurğulayan ABŞ Fələstində mülki ölümləri azaltmaq üçün İsrailə bəzi “məsləhətlər” verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ABŞ rəsmiləri İsrailə Fələstində HƏMAS liderlərini və onların infrastrukturunu izləyərkən mülki itkilərin sayını azaltmaq üçün "daha kiçik bombalardan istifadə etmək" kimi addımların atılmasını tövsiyə edib.
Bu təklif ABŞ dövlət katibi Antoni Blinkenin cümə günü İsrailə səfəri zamanı İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşü zamanı gündəmə gətirilib.
Təkliflər HƏMAS liderlərini hədəfə alma üsullarının təkmilləşdirilməsi, hücumlara başlamazdan əvvəl HƏMAS-ın komanda və nəzarət şəbəkələri haqqında daha çox kəşfiyyat məlumatı toplamaq, tunel şəbəkəsini dağıtmaq üçün daha kiçik bombalardan istifadə etmək və mülki əhalini ayırmaq üçün quru qoşunlarından istifadə etməkdir.
Əfsanə
Manşet.az