<

Süni intellekt zəlzələ proqnozunu 70 faiz dəqiqliklə müəyyən etdi

10:22 - 6 Noyabr 2023

Süni intellekt zəlzələ proqnozunu 70 faiz dəqiqliklə müəyyən etdi

Süni İntellekt yaxın gələcəkdə zəlzələ nəticəsində baş verən insan tələfatını azaltmağı hədəfləyib.

 

Manset.az Apa-ya istinadən xəbər verir ki, Texas Universiteti alimləri tərəfindən süni intellektin seysmik ərazilərdə əhəmiyyəti öyrənilib.

Belə ki, Texas Universiteti alimləri tərəfindən təkmilləşdirilən süni intellekt bir həftə öncədən zəlzələnin baş verə biləcəyini proqnozlaşdırır. Yeddi ay müddətində Çində ən seysmik bölgələrdə sınaqdan keçirilən süni intellekt zəlzələnin baş verəcəyi ocağı 70 faiz dəqiqliklə müəyyən edə bilib.
Texas Universitetinin alimi Alexandros Savvaidis bununla da qlobal iqtisadi itkilərin və insan tələfatının 70 faizədək azalacağına inandığını bildirib.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının açıqladığı rəqəmlərə görə, təkcə 1998-2017-ci illərdə baş verən zəlzələlərdə 750 mindən çox insan həyatını itirib, 125 milyondan çox şəxs yaralanıb, evsiz-eşiksiz qalıb.
2000-2019-cu illərdə baş verən zəlzələlər nəticəsində hər il qlobal iqtisadiyyata orta hesabla 45 milyard dollar ziyan dəyib.


Xəbər xətti

29 Noyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin