<

İkinci Fəxri xiyabanda şəhidlərimizin xatirələri yad olundu - FOTOLAR

10:01 - 6 Noyabr 2023

İkinci Fəxri xiyabanda şəhidlərimizin xatirələri yad olundu - FOTOLAR

İkinci Fəxri xiyabanda şəhid Quliyev Namiq Natiq oğlunun anım günü və  Orxan Əsgərov Rizvan oğlunun doğum günü  münasibətilə əziz xatirələri yad olunub.

 

Manset.az xəbər verir ki, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının əməkdaşları, şəhidin ailə üzvləri, qazilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri şəhidlərimizin məzarlarını ziyarət edib, önünə tər güllər düzüb, ruhuna dualar oxuyublar.

Bildirək ki, Quliyev Namiq Natiq oğlu Hadrut rayonun azad edilməsi uğrunda döyüşlərdə, Əsgərov Orxan Rizvan oğlu isə 27 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı terror hücumu nəticəsində şəhadətə yüksəlmişlər.

Şəhidlərimizin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, Prezident cənab İlham Əliyevin Sərəncamına əsasən Quliyev Namiq Natiq oğlu ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", Əsgərov Orxan Rizvan oğlu isə ölümündən sonra "Vətən uğrunda" medalları ilə təltif ediliblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!



Xəbər xətti

3 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin