Özbəkistanda güclü zəlzələ oldu

08:03 - 06 Noyabr 2023

Özbəkistanda güclü zəlzələ oldu

Özbəkistanda 5 maqnitudalı zəlzələ qeydə alınıb.

Manset.az xəbər verir ki, bu barədə Qazaxıstanın Fövqəladə Hallar Nazirliyinin Seysmoloji təcrübə-metodik ekspediyası məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 03:57-də (Bakı vaxtı ilə 02:57-də) baş verib. Seysmohadisənin ocağı 15 km dərinlikdə yerləşib. Qeyd olunub ki, zəlzələ Özbəkistanın Buxara vilayətinin ərazisində olub.

Dağıntı və tələfat barədə məlumat verilməyib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv