COP29-da tarixi qərar qəbul olundu
24 Noyabr 2024
14:48 - 5 Noyabr 2023
Dünən səhər saatlarında Lənkəran şəhərində ağır yol qəzası baş verib.
Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Hənifə Abdullayev küçəsində “Hyundai” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı qaztənzimləyici qurğuya və elektrik dirəyinə çırpılıb.
Nəticədə avtomobildə ön sərnişin oturacağında əyləşən 17 yaşlı İsmayıl Xansuvarlı hadisə yerində ölüb. Avtomobili idarə edən 23 yaşlı Taleh Abdullazadə ağır xəsarət alıb.
Bildirilir ki, qəzaya düşən gənclər avtoyuma məntəqəsində işləyib. Onlar yumaya verilmiş avtomobili götürərək şəhər ərazisində sürətlə idarə ediblər və yağışlı hava şəraitində avtomobil idarəetmədən çıxaraq qəzaya düşüb.
Faktla bağlı araşdırma aparılır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin