<

Azərbaycanda məşhur broyler şirkəti ləğv edilir

14:16 - 5 Noyabr 2023

Azərbaycanda məşhur broyler şirkəti ləğv edilir

"Səba" Açıq Səhmdar Cəmiyyətinin təsisçisi olduğu "Dəvəçi Broyler Dərin Emal" MMC ləğv edilir.

 

Manset.az xəbər verir ki, bu barədə İqtisadiyyat.az məlumat yayıb. Məlumata görə, bununla bağlı dekabrın 11-də "Səba" ASC səhmdarları bir araya gələcək. Yığıncaqda MMC-nin ləğv edilməsi haqqında qərar veriləcək. Qeyd edək ki, ASC-nin səhmdarları bundan əvvəllər də MMC-nin ləğv edilməsi ilə əlaqədar dəfələrlə bir araya gəliblər.


Xəbər xətti

3 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin