Şabranda avtomobil piyadanı vuraraq öldürdü

22:48 - 04 Noyabr 2023

Şabranda avtomobil piyadanı vuraraq öldürdü

Şabranın Ağalıq kəndində avtomobil piyadanı vuraraq öldürüb.

 

Manset.az Report-a istinadən xəbər verir ki, restoranların birindən toydan gələn Xaçmaz rayonu, Köhnəxaçmaz kənd sakini 1964-cü il təvəllüdlü Səfərəliyeva Nigar Qədiməli qızını yüksək sürətlə hərəkətdə olan "NİVA" markalı minik avtomobili vurub və o, yerindəcə dünyasını dəyişib.

N.Səfərəliyevanın meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə – Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırmalar aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv