Qarabağdan könüllü Ermənistana köçənlər vətəndaşlıq üçün bu tarixdən müraciət edə biləcək

20:00 - 04 Noyabr 2023

Qarabağdan könüllü Ermənistana köçənlər vətəndaşlıq üçün bu tarixdən müraciət edə biləcək

Qarabağdan könüllü olaraq Ermənistana köçən ermənilər vətəndaşlıq almaq üçün gələn həftədən müraciət edə biləcəklər.

 

Manset.az Apa-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirlikdən bildirilib ki, müvəqqəti müdafiə statusu alan şəxslər bazar ertəsi günündən etibarən, DİN-in rəsmi saytında dərc edilmiş siyahıda göstərilən müvafiq sənədləri təqdim etməklə müraciət edə bilərlər.

Xatırladaq ki, ötən ayın 26-sı Ermənistan hökuməti Qarabağdan könüllü şəkildə Ermənistana köçən ermənilərə yeni “müvəqqəti müdafiə” statusunun verildiyini bəyan edib. Qeyd olunub ki, bu status onların hüquq və vəzifələrini dəqiqləşdirməyə kömək edəcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv