<

“İtaliya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir” - Xarici işlər nazirinin müavini

18:52 - 4 Noyabr 2023

“İtaliya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir” - Xarici işlər nazirinin müavini

“İtaliya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”.

 

Manset.az Report-a istinadən xəbər verir ki, bunu İtaliya xarici işlər nazirinin müavini Edmondo Sirielli Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov ilə görüşündə deyib.

Görüş zamanı tərəflər Cənubi Qafqazdakı vəziyyəti və Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesini müzakirə ediblər.

İtaliyanın hər iki ölkənin ərazi bütövlüyünü dəstəklədiyini təsdiqləyən E.Sirielli davamlı sülhə nail olmaq üçün Bakı və İrəvanı dialoqa çağırıb.

Nazir müavini həmçinin Roma ilə Bakı arasında mövcud strateji tərəfdaşlığın təsdiq etdiyi ikitərəfli münasibətlərin yüksək səviyyəsindən məmnunluğunu ifadə edib.

 


Xəbər xətti

7 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin