Azərbaycanda daha bir qurumda çox sayda əməkdaş işdən çıxarıldı
9 Yanvar 2025
14:22 - 3 Noyabr 2023
Kolumbiya prezidenti Qustavo Petro İsrailin Qəzzada "ağ fosfor bombası" istifadə etməsinə reaksiya verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Petro sosial şəbəkə X hesabında İsrailin Qəzzada “ağ fosfor bombası” istifadə etdiyi anın görüntülərini paylaşıb.
Petro bunun beynəlxalq hüquq baxımından müharibə cinayəti olduğunu bildirib:
“Videoda gördüyünüz bomba ağ fosfordan hazırlanıb. Kimyəvi maddə dəriyə yapışır və sümüklərə nüfuz edir. Güclü ağrıda öldürür. İsrail dövləti bunu atdı. Aşağıda uşaqlar oynayır. Bombanın atıldığı yer Birləşmiş Millətlər Təşkilatına (BMT) məxsusdur. Beynəlxalq hüquq özbaşına deyil və dünyadakı bütün dövlətləri bağlayır. Müharibə cinayətkarları dinindən, ideologiyasından və millətindən asılı olmayaraq mühakimə olunmalı və həbs edilməlidir".
Əfsanə
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin