Bəzi fermerlərə əlavə subsidiyalar veriləcək
17 Noyabr 2024
11:10 - 29 Sentyabr 2021
Azərbaycan xalqı uzun illər gözlədiyi ən möhtəşəm və yaddaqalan günlərini yaşayır. Bir çox insanlar bu günü səbirsizliklə gözləyirdilər. Amma,onları bir çoxları gözlərindəki son ümüdlərini özlərindən sonra gələn nəsillərə ötürüb dünyasını dəyişdilər.
Bu günü görmək xoşbəxtliyi, nəhayət, bizə qismət oldu. İşğal altında olan bizim torpaqlarımızı müzəffər ordumuzun igid aslanları ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında 44 gün müddətində erməni faşistlərinin tapdağı altında azad etdilər. Ali Baş Komandanımızın qətiyyəti, ordumuzun gücü, xalqımızın misilsiz dəstəyi sayəsində əldə olunan bu möhtəşəm qələbə, əlbəttə ki, tariximizin şanlı qələbəsi kimi gələcək nəsillərin xatirəsində əbədi yaşayacaq.
“Ali Baş Komandanın əmrini səbirsizliklə gözləyən Azərbaycan əsgər və zabitləri öz sözlərinin sahibi olduqlarını döyüşdə bir daha sübuta yetirdilər. Döyüş meydanlarında erməni əsgəri mövqelərini qoyub qaçır, Azərbaycan əsgəri isə öz torpağı uğrunda öz canından keçirdi. Öz tarixi və müqəddəs missiyasını şərəflə yerinə yetirən Silahlı Qüvvələrimiz cəbhənin bütün istiqamətlərində işğalçıya sarsıdıcı zərbələr endirdi. Azərbaycan Ordusu yalnız bir şəhər uğrunda yox, işğal altında qalan torpaqların hər bir qarışı uğrunda döyüşdü. Azərbaycan Silahlı Qüvvələri bu 44 günlük döyüşdə dünyanın ən güclü orduları sırasında olduğunu sübut etdi. Ordu bölmələrimiz harada olursa-olsun, döyüşləri planlı şəkildə apardı, xaotikliyə yol vermədi.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazandığımız möhtəşəm qələbə xalqımızın birliyini, həmrəyliyini dünyaya nümayiş etdirməklə yanaşı, həm də ordumuzun gücünü, nüfuzunu daha da artırdı. Hər bir Azərbaycan vətəndaşı qalib bir ölkənin vətəndaşı olmaqdan, hər bir əsgər isə qalib Azərbaycan Ordusunun döyüşçüsü olmaqdan böyük qürur duyur.
2020-ci il dünya tarixində Azərbaycanın zəfər qələbəsi kimi tarixdə qalır Azərbaycan Ermənistanı 44 gün ərzində məğlub edərək öz doğma torpaqlarını işğaldan azad etmişdir. Bu Qələbə Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaqdır. Bu, tarixi Qələbədir. “Biz tarixi ədaləti bərpa etdik”.
Masallı Dövlət Regional Kollecinin III kurs tələbəsi Səbinə İbrahimova
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin