“Xaricdəydim, Ətağanın cəddini çağırdım, yollar açıldı...” - Akif Əlizadə
10 Yanvar 2025
12:38 - 3 Noyabr 2023
ABŞ-da FTB-nin “türk dostu” kimi tanınan Nyu-York meri Erik Adamsın seçki kampaniyası üçün Türkiyədən qeyri-qanuni ianə alıb-almadığını araşdırdığı üzə çıxıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, FTB dünən səhər Erik Adamsın seçki kampaniyasının ianə meneceri Brianna Suggsın evində axtarış apaıb və onu ictimai korrupsiya araşdırması çərçivəsində sorğu-sual edib. Suggs 2021-ci ildə Adamsın seçki kampaniyası üçün 18 milyon dollardan çox vəsait toplayıb.
Xəbərə görə, bələdiyyə sədri Adamsın 2021-ci il seçki kampaniyası zamanı Bruklindəki tikinti şirkəti və Türkiyə hökuməti ilə əməkdaşlıq edib-etmədiyi araşdırılır. İddia edilir ki, Adamsın kampaniyası pul müqabilində tikinti şirkətinə və türk məmurlarına fayda təmin etmiş ola bilər.
Xəbərin gündəmə gəlməsindən sonra Erik Adams Vaşinqtondakı görüşlərini son anda ləğv edərək Nyu-Yorka qayıdıb. Adams, kampaniyasında bütün etik dəyərlərə əməl edildiyini bildirib.
Qeyd edək ki, Nyu-York meri Türkiyə ilə yaxın münasibətləri və Türkiyəyə ən çox səfər edən amerikalı bələdiyyə sədri kimi tanınır. Fevralın 6-da baş verən zəlzələlərdən sonra Türkiyəyə səfəri zamanı Adams “Siz mənim dostlarım, qardaşlarımsınız” deyib.
Əfsanə
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin