<

Hakan Fidandan AB həmkarlarına sərt sözlər

11:29 - 3 Noyabr 2023

Hakan Fidandan AB həmkarlarına sərt sözlər

Almaniyanın paytaxtı Berlində 20 ölkənin xarici işlər nazirlərinin qatıldığı iclasda çıxış edən Türkiyə xarici işlər naziri Hakan Fidan Avropa İttifaqına (AB) reaksiya verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Fidan bəzi AB ölkələrində fələstinlilərə dəstək nümayişlərinin qadağan edilməsini də tənqid edib

Nazir qlobal oyunçuların ikili standartlardan uzaq durması lazım olduğunu vurğulayıb:

“İfadə azadlığı adı altında müqəddəs kitabımız Qurani-Kərimə hücumlara icazə verənlər Fələstində dinc əhalinin vəhşicəsinə qətlə yetirilməsinə etiraz etmək istəyənlərin qarşısını alırlar. Bu, qəbuledilməz ikili standartdır. İsrailin Qəzzada dinc əhaliyə qarşı törətdiyi qətliamın qarşısını ala bilmiriksə, Ukraynada mülki insanları necə qoruya bilərik?”.

Əfsanə

Manşet.az

 


Xəbər xətti

10 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin