Bakıda "Prius"la "Ferrari" toqquşdu: Yaralılar var - VİDEO

09:09 - 03 Noyabr 2023

Bakıda \"Prius\"la \"Ferrari\" toqquşdu: Yaralılar var - VİDEO

Bakının Nəsimi rayonunda yol qəzası zamanı iki nəfər xəsarət alıb.

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Salatın Əsgərova ilə İslam Səfərli küçələrinin kəsişməsində baş verib.

Belə ki, “Toyota Prius” markalı maşının sürücüsü yol nişanın tələbinə əməl etməyərək qəfil yola çıxıb.

Bu zaman maşın kəsişmədən keçən 77-SM-077 dövlət nişanlı “Ferrari” markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində hər iki maşının sürücüsü xəsarət alıb.

Hadisə ilə bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv