<

İranda Fərid Səfərli ilə bağlı şikayət təmin edilmədi

19:14 - 2 Noyabr 2023

İranda Fərid Səfərli ilə bağlı şikayət təmin edilmədi

İranda casusluq ittihamı ilə 2 il həbs cəzası verilmiş Fərid Səfərli ilə bağlı hökmdən verilmiş apellyasiya şikayətinə baxılıb.

 

Manset.az xəbər verir ki, F.Səfərlinin anası Dilarə Əsgərova “Qafqazinfo”ya bildirib ki, İranın yuxarı instansiya məhkəməsi şikayəti təmin etməyib.

Qərara əsasən F.Səfərli barəsindəki hökm dəyişdirilmədən qüvvədə saxlanılıb. 

D.Əsgərova qeyd edib ki, oğlunun və vəkilinin məhkəmədə iştirakı təmin edilməyib. Onların məlumatı olmadan qərar qəbul edilib.


Xəbər xətti

7 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin