"Beşiktaş" futbolçusu Yakub Arda Kılıçla yeni müqavilə bağlayıb.
Manset.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 18 yaşlı müdafiəçinin sözləşməsi 3 illik nəzərdə tutulub.
"Beşiktaş"ın yetirməsi olan gənc futbolçu İstanbul klubunun əsas komandasında 2 oyun keçirib. O, 2015-ci ildən "Beşiktaş"dadır.