Putin dünyanı qorxudan sənədə imza atdı

17:04 - 2 Noyabr 2023

Putin dünyanı qorxudan sənədə imza atdı

Rusiya prezidenti Vladimir Putin Rusiyanın Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsini ratifikasiyasını ləğv edən fərman imzalayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rusiya parlamentinin aşağı palatası Dumada oktyabr ayında qəbul edilən “Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsi”nin Rusiyanın təsdiqini geri çəkməsi ilə bağlı qanun layihəsi bu gün Rusiya prezidenti Vladimir Putinə təqdim edilib.

Kremlin İnformasiya Portalında dərc olunan bəyanatda qanun layihəsinin Putin tərəfindən bəyənildiyi bildirilib. Putinin imzasından sonra Rusiya Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsinin təsdiqini rəsmən geri götürüb.

Oktyabr ayında Rusiya parlamentinin aşağı palatası Dumada keçirilən iclasda Rusiyanın müqaviləni təsdiqləməsinin ləğvi ilə bağlı qanun layihəsi səsə qoyulub.

İclasda iştirak edən 412 deputat qanun layihəsinə “hə” səs versə də, heç kim əleyhinə və bitərəf qalmayıb. Yuxarı palata Federasiya Şurasında keçirilən səsvermədə qanun layihəsi sıfıra qarşı 156 “hə” səsi ilə qəbul edilib.

Kremlin sözçüsü Dmitri Peskov bu yaxınlarda verdiyi açıqlamada ABŞ-ın heç vaxt müqaviləyə daxil edilmədiyini və balansların Rusiyanın geri çəkilmə qərarı ilə bərabərləşdiriləcəyini bildirib.

Əfsanə

Manşet.az

 


Xəbər xətti

22 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin