<

Suares və Messi yenidən eyni klubda oynayacaq

17:18 - 2 Noyabr 2023

Suares və Messi yenidən eyni klubda oynayacaq

"Barselona"nın keçmiş ulduzları Amerikada görüşür.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, Messi, Buskets və Xordi Albanın oynadığı MLS komandası "İnter Mayami" də uruqvaylı hücumçu Luis Suaresi transfer etmək üçün hərəkətə keçib.

Ortaqları arasında Devid Bekhemin də olduğu “çəhrayı-qaralar” 2014-2020-ci illər arasında "Barselona"da çıxış edən uruqvaylı futbolçu üçün səylərini sürətləndirib.

Braziliya mətbuatında yer alan xəbərə görə, Suayres ara transfer dövründə keçmiş komanda yoldaşlarının yanına gedəcək.

Qeyd edək ki, 2022-ci ilin dekabr ayından etibarən “Gremio”ya transfer olan uruqvaylı burada 46 oyunda 19 qol, 16 asistlə yadda qalıb.


Xəbər xətti

28 Noyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin