Tətildə rayonlara getmək istəyənlərin NƏZƏRİNƏ!
23 Dekabr 2024
16:19 - 2 Noyabr 2023
Avstraliya Baş naziri Antoni Albanese İsrailin Qəzzadakı Cibaliye Qaçqınlar Düşərgəsinə hücumu ilə bağlı Melburnda keçirilən konfransda çıxış edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Albanese Qəzzada mülki ölümlərin artması ilə bağlı narahatlığını ifadə edib və mülki şəxslərin müdafiəsi üçün hər cür səy göstərilməli olduğunu vurğulayıb.
Avstraliya Baş naziri “Hər bir israillinin həyatı hər bir fələstinlinin həyatı qədər vacibdir”, deyib.
Albanese Qəzzada ailə üzvləri öldürülən Avstraliya vətəndaşları ilə görüşdüyünü və bu şəxslərin federal hökumətdən "İsrailli itkilərin, girovların və ailələrinin hüquqlarının axtarıldığı kimi onlar üçün də eyni şeyi etməsini" istədiklərini bildirib.
Əfsanə
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin