Rusiyaya getmək istəyən azərbaycanlıların nəzərinə - Qaydalar sərtləşir
23 Dekabr 2024
15:47 - 2 Noyabr 2023
İsraildəki 43 ravvin Baş nazir Binyamin Netanyahuya Həmas üzvləri blokada altında olan Qəzzada Şifa xəstəxanasında gizlənib mülki şəxslərdən qalxan olaraq istifadə edəcəyi təqdirdə oranın vurulmasının heç bir eybi olmadığını bildirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə İsrailin Kanal 14 televiziyası xəbər verib.
Şifa xəstəxanasının bombalanmasının dini baxımdan icazəli olduğunu bildirən 43 ravvinin imzaladığı məktub ordu birliklərinə, baş nazirə və nazirlərə çatdırılıb.
İsrail Ordusunun sözçüsü Daniel Hagari əvvəlki açıqlamasında, "Həmas Şifa xəstəxanasını terror infrastrukturu üçün qalxan kimi istifadə edir. HƏMAS xəstəxanalardan hücumlar həyata keçirir" iddiasını səsləndirmişdi.
Hagari Qəzzada minlərlə yaralı və mülki vətəndaşın sığındığı Şifa xəstəxanasının hədəf alınma ehtimalı ilə bağlı "Bu müharibədə bütün variantlar masadadır" demişdi.
Əfsanə
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin