Azərbaycanda vəzifəli şəxs intihar etdi
24 Dekabr 2024
13:37 - 2 Noyabr 2023
İsrailin hakim Likud Partiyasının millət vəkili Qalit Distel Atbaryan sosial media hesabındakı paylaşımında Qəzza zolağında etnik təmizləməyə çağırış edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, sosial media platforması X (Twitter) israilli deputatın qeyri-insani paylaşımını qaydaları pozduğu əsas gətirərək məhdudlaşdırıb.
İşğal altındakı İordan çayının qərb sahilindəki fələstinliləri də “nasist” adlandıran və onlar üçün “atəş və tüstü” arzulayan israilli millət vəkili bilıdirib ki, Qəzza yer üzündən silinməlidir:
“Bir-birinizə nifrət etməyin. Canavarlar sizə kifayət qədər nifrət edirlər. Düşmənə nifrət edin. Canavarlara nifrət edin. Daxili çəkişmələrin ən kiçik işarəsi, çılğıncasına axmaq bir enerji itkisidir. Bu enerjini bir şeyə investisiya edin; Bütün Qəzzanı yer üzündən silmək. Qəzzadan gələn canavarlar ya cənub hasarına gedərək Misir ərazisinə girməyə çalışacaqlar, ya da öləcəklər. Qəzza yer üzündən silinməlidir. Qisasçı və qəddar İsrail ordusuna ehtiyac var. Daha az olan hər şey əxlaqsızlıqdır. Bu, tamamilə qeyri-etikdir".
Əfsanə
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin