ABŞ komandoları Həmas tunellərində - Pentaqon təsdiqlədi

12:11 - 02 Noyabr 2023

ABŞ komandoları Həmas tunellərində - Pentaqon təsdiqlədi

ABŞ HƏMAS-ın əlində olan girovları xilas etmək adı ilə Qəzzada quru əməliyyatına başlayan İsrailə dəstək üçün onlarla xüsusi əməliyyat komandosu göndərib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, “The New York Times” FTB, Dövlət Departamenti və ABŞ-ın digər məhbusların xilas edilməsi üzrə mütəxəssisləri ilə birlikdə bölgədə işlərini gücləndirdiyini yazıb.

Pentaqonun xüsusi əməliyyatlara cavabdeh olan rəsmisi Kristofer İsraildəki Amerika komandolarının HƏMAS-ın oktyabrın 7-də gözlənilməz transsərhəd hücumları zamanı əsir götürülən 200-dən çox girovun tapılmasına kömək etdiyini bildirib.

Maier Vaşinqtonda keçirilən xüsusi əməliyyat konfransında deyib:

“Biz bir sıra məsələlərdə israillilərə fəal kömək edirik. O, əsas missiyalarından biri girovların, o cümlədən amerikalı girovların müəyyən edilməsində İsrailə yardım etməkdir. Bunu etmək həqiqətən bizim borcumuzdur”.

Əfsanə

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv