İsrail polisi Qərbi Qüdsdə ultra-ortodoks yəhudilərin məskunlaşdığı Haredi məhəlləsində Fələstin bayrağını asan anti-sionist Neturei Karta icmasının üzvlərinə sərt şəkildə müdaxilə edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə Beynəlxalq Anti-Sionist Yəhudilər Təşkilatı yazılı açıqlama və görüntülər paylaşıb.
Videoda bəzi polis məmurlarının qrupdakı insanları itələdiyi, yumruqlayaraq əllərində dəyənəklə onlara tərəf getdiyi görünüb.
Qeyd edək ki, Neturei Karta dini və əxlaqi zəmində İsrail dövlətinə və sionizmə qarşı çıxan, həmçinin, Fələstinə verdiyi dəstəyi ilə dünya miqyasında seçilən ultra-ortodoks yəhudi icması kimi tanınır.
Əfsanə
Manşet.az