Ərdoğanla eyni təyyarədə olan azərbaycanlı kimdir? - FOTOLAR
14 Noyabr 2024
00:19 - 29 Sentyabr 2021
"44 günlük mübarizədən sonra əldə edilən Qarabağ zəfəri münasibətilə təbrik edirəm. Həm Türkiyə, həm azərbaycanlı qardaşlarımız üçün, həm də bölgə üçün böyük qazancdır”.
Manşet.az xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın "Haber Global”a müsahibəsində deyib.
O bildirib ki, bu, 30 ildir dondurulmuş münaqişə idi:
"Biz bunun illərlə dialoq yolu ilə həll olunmasının vacibliyini qeyd etmişdik. Keçən il bu hadisələr başlamadan öncə Ermənistan tərəfinin təcavüzkarlığı nəticəsində bu nöqtəyə gəldi.
Qarabağın azad olunması Azərbaycanın ərazi bütövlüyü baxımından qazancdır. Bu müddətdə Azərbaycan məsuliyyətli hərəkət etdi. Təcavüzkar mövqe sərgiləmədi, beynəlxalq hüquqa görə hərəkət etdi.
Haqlı olaraq əldə edilmiş bir zəfər var. Burada Türkiyənin töhfəsi, əməkdaşlığı, həmişə deyirik, "İki dövlət, bir millət” bunun örnəklərindən biri oldu.
Həm türk ordusu, həm Azərbaycan ordusu, nazirlərimiz, xarici işlər nazirlərimiz, prezidentlərimiz çox böyük əmək sərf etdilər.
Dəqiqə-dəqiqə izlənildi o zəfər. Asan əldə edilmədi, bir çox şəhid verildi. Nəticədə, böyük mübarizə ilə böyük zəfər əldə edildi.
Əsla "Zəfər bitdi, mövzu bağlandı” deyilmədi. İndi azad Qarabağın yenidən inşası prosesi davam edir. Üzərindən bir il keçdi. Bir ildə qət edilən məsafəni görsəniz, qürur duyarsınız.
Cənab Əliyev şəxsən maraqlanır. Bütün komandası da bu istiqamətdə işləyir”.
Kalın qeyd edib ki, prinsipdə Ermənistanla normallaşmağa müsbət baxırlar:
"1992-ci ildə Ermənistanla diplomatik əlaqələrimizi sonlandırmağımız və sərhədi bağlamağımızın əsas səbəbi Qarabağın işğal edilməsi idi. İndi bu məsələ həllini tapdığına görə Ermənistanla normallaşmanın önündə bir maneə yoxdur, əslində.
Ancaq Qarabağ məsələsində həll olunmalı bəzi mövzular var. Atəşkəs imzalandı, amma sülh müqaviləsi hələ imzalanmayıb. Bu sülh müqaviləsi imzalanmalıdır. Bu, həm Ermənistan, həm Azərbaycan, həm də Türkiyə üçün vacibdir.
Sülh müqaviləsi imzalanarsa, bu, regional sabitliyə böyük töhfə verər. Texniki olaraq həll edilməli məsələlər var. Əgər bunlar doğru çərçivəyə salınsa, həll olunmayacaq məsələlər deyil.
Ermənistanla normallaşma məsələsində Prezidentimizin də müsbət açıqlamaları oldu, biz bunu dəstəkləyirik. Amma eyni zamanda, Azərbaycanla da məsələləri həll edərək, bu yolu qət etsək, bu, hamımız üçün yaxşı olar”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin