Bakıda 51 yaşlı kişi bıçaqlanaraq qarət edildi

00:37 - 29 Sentyabr 2021

Bakıda 51 yaşlı kişi bıçaqlanaraq qarət edildi

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Manşet.az-ın məlumatına görə, hadisə Qaradağ rayonunda qeydə alınıb.

Lökbatan qəsəbəsində 1970-ci il təvəllüdlü Fərəcov Qalib Məmmədxan oğlu bir, yaxud bir neçə şəxs tərəfindən əvvəlcə rezin dəyənəklə döyülərək başından xəsarət alıb, sonra isə bıçaqlanıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona alın nahiyəsinin əziyi və qarın boşluğunun 2 ədəd kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozları qoyulub. Yaralı əməliyyat olunub.

Q.Fərəcovun dediyinə görə, o, bıçaqlandıqdan sonra üzərində olan pul qarət edilib.

Hadisənin təfərrüatı araşdırılır.
 
(Report)


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin