<

Süni intellekt bəşəriyyətin yox olmasına səbəb ola bilər - Elon Mask

19:08 - 1 Noyabr 2023

Süni intellekt bəşəriyyətin yox olmasına səbəb ola bilər - Elon Mask

“İlk dəfə ən ağıllı insandan belə daha ağıllı olacaq bir şeylə qarşı-qarşıyayıq.”

 

Manset.az xəbər verir ki, Mask İngiltərədə keçirilən Süni İntellekt Təhlükəsizliyi Sammiti çərçivəsində Britaniya milli xəbər agentliyi PA Mediaya danışıb.

O,  bildirib ki, Süni intellekt bəşəriyyətin yox olmasına səbəb ola bilər.

Süni intellektin bəşəriyyətin xeyrinə istifadə edilməsinin zəruriliyini vurğulayan Mask, "Məncə, süni intellektin üzləşdiyimiz ekzistensial risklərdən biri və ən təcilisi" deyib.

Dünyada süni intellekt təhlükəsizliyi sahəsində keçirilən ilk tədbir olan Süni İntellekt Təhlükəsizliyi Sammitindən danışan Mask tədbirin vaxtının çox düzgün olduğunu bildirib.

Mask insanların ən sürətli və ya ən güclü canlılar olmasa da, ən ağıllı canlılar olduğunu bildirib və süni intellektin daha ağıllı olacağını qeyd edib.

Jalə

Manşet.az


Xəbər xətti

7 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin