Afrika Futbol Konfederasiyası (CAF) 2023-cü ildə Afrikada ilin ən yaxşı oyunçusu mükafatına namizədlərin adlarını açıqlayıb.
Manset.az qurumun saytına istinadən xəbər verir ki, siyahıda 30 futbolçu yer alıb. Onların arasında Riyad Mahrez (Əlcəzair, "Əl Əhli"), Məhəmməd Salah (Misir, "Liverpul"), Əşrəf Hakimi (Mərakeş, PSJ), Hakim Zieş (Mərakeş, "Qalatasaray"), Sofian Amrabat (Mərakeş, "Mançester Yunayted"), Yassin Bunu (Mərakeş, "Əl-Hilal"), Viktor Osimhen (Nigeriya, "Napoli"), Sadio Mane (Seneqal, "Əl-Nəsr") kimi oyunçular var.
Bu və digər nominasiyalar üzrə qaliblər dekabrın 11-də elan olunacaq.
2022-ci ildə Mane Afrikada ilin futbolçusu seçilib.