Təyyarə qəzasında xəsarət alan vətəndaşlarımız ölkəyə gətirildi
26 Dekabr 2024
17:42 - 1 Noyabr 2023
İsrailin ən böyük supermarket şəbəkələri Ərdoğanın HƏMAS əleyhinə açıqlamalarından sonra Türkiyədən idxalı dayandırıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İsraildə çıxan Haaretz qəzetinin xəbərində Türkiyədən gələn malları boykot qərarını ölkənin ən böyük marketlər şəbəkələri olan Shufersal, Rami Levy və Yochananof tərəfindən həyata keçirildiyi iddia edilib.
Bildirilib ki, Türkiyədə yəhudi yeməklərini yoxlayan şəxslər oktyabrın 7-də baş verən hücumlardan sonra ölkəni tərk etdiyi üçün kiçik idxalçılar idxalı dayandırıb.
Supermarket şəbəkələrinin türk mallarını boykot etməsində ictimai təzyiqin mühüm rol oynadığı düşünülür. Məsələn, şəbəkə supermarketlərindən biri olan Rami Levi İsrail pomidoru əvəzinə Türkiyədən pomidor satmaqda ittiham olunub. Şirkət bu iddiaları təkzib edib.
Əfsanə
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin