İsrailin hücumlarından sonra Qəzzadan yaralıların və əcnəbilərin təxliyəsi üçün Misir sərhədindəki Rəfah Sərhəd Qapısı yenidən açılıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ağır yaralanan fələstinlilər müalicə üçün Qəzzada İsrailin nəzarəti altında olmayan yeganə çıxış nöqtəsi olan Misir sərhədindəki Rəfah Sərhəd Qapısı vasitəsilə Misirə göndəriləcək.
Sərhədin Qətərin vasitəçiliyi ilə İsrail, Həmas və Misir arasında bağlanan razılaşma ilə məhdud şəkildə açıldığı bildirilib.
Mənbələr Qəzzada ağır yaralananların və əcnəbilərin ABŞ-ın koordinasiya etdiyi proseslə təxliyyə ediləcəyini vurğulayıb.
Sərhədin nə qədər açıq qalacağı barədə məlumat verilməyib.
Əfsanə
Manşet.az