İngiltərə Çexiya ilə, Xorvatiya Şotlandiya ilə üz-üzə

08:59 - 22 İyun 2021

İngiltərə Çexiya ilə, Xorvatiya Şotlandiya ilə üz-üzə

Bu gün futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunda daha 2 oyun keçiriləcək.

Manset.az xəbər verir ki, hər iki qarşılaşma D qrupunda baş tutacaq. 4 xala malik komandalardan Çexiya və İngiltərə "Uembli" stadionunda üz-üzə gələcəklər. Görüşü portuqaliyalı Artur Diaş idarə edəcək. Komandalara növbəti mərhələyə vəsiqə üçün heç-heçə də kifayət edəcək.

Qrupun digər oyununda son dünya çempionatının finalçısı Xorvatiya Şotlandiyanı sınağa çəkəcək. Hər iki kollektiv növbəti mərhələ üçün mütləq qələbə qazanmağa çalışacaq. Qlazqo şəhərindəki "Hempden Park" stadionundakı matçın baş hakimi argentinalı Fernando Rapallini olacaq.

Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

AVRO-2020

D qrupu

III tur

23:00. Çexiya - İngiltərə

Baş hakim: Artur Diaş (Portuqaliya)

London. "Uembli" stadionu

23:00. Xorvatiya - Şotlandiya

Baş hakim: Fernando Rapallini

Qlazqo. "Hempden Park" stadionu

Xal durumu: Çexiya - 4, İngiltərə - 4, Xorvatiya - 1, Şotlandiya - 1


Xəbər xətti

18 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin