İsrailin Qəzzaya hücumlarına reaksiya verən Kolumbiya prezidenti Qustavo Petro və Çili prezidenti Qabriel Boric ölkələrinin İsraildəki səfirlərini geri çağırıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, hər iki ölkə İsrailin Qəzzada davam edən hücumları səbəbilə Tel-Əvivdəki səfirlərini məsləhətləşmələr üçün geri çağırdığını bildirib.
Petro sosial media hesabında paylaşdığı postda bu ifadələrdən istifadə edib:
“Mən İsraildəki səfirimizi məsləhətləşmək üçün çağırmaq qərarına gəldim. İsrail Fələstin xalqına qarşı qırğınlarını dayandırmasa, biz orada olmayacaöıq”.
Çili prezidenti Qabriel Boric də açıqlamasında İsrailin Qəzza zolağında beynəlxalq insan haqları qanunlarını pozduğunu, həmçinin, Çilinin bu hərbi əməliyyatları qətiyyətlə pislədiyini və onları narahatlıqla izlədiyini bildirib.
Əfsanə
Manşet.az