<

Məşhur iş adamı qızını övladlıqdan rədd etdi

14:35 - 1 Noyabr 2023

Məşhur iş adamı qızını övladlıqdan rədd etdi

Türkiyənin məşhur iş adamı İnan Kıraç qızı İpek Kıraçdan imtina etdiyini açıqlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İnan Kıraçın qızından imtina etməsinə səbəb İpek Kıraçın onun bütün var-dövlətlərinə əl qoymaq istəməsi olub.

İnan Kıraç quracağı fond vasitəsilə bütün var-dövlətini təhsilə ehtiyacı olan uşaqlara bağışlayacağını bildirib.

Qeyd edək ki, İş adamı İnan Kıraç 2020-ci ildə vəfat edən, Koç Holdinqin qurucusu Vehbi Koçun qızı Suna Kıraçın mirasına görə qızı İpek Kıraçı məhkəməyə verib. İnan Kıraç həyat yoldaşı Suna Kıraçın vəsiyyəti ilə qızı İpek Kıraça təhvil verilən şirkətin pay hissəsi ilə bağlı tədbir görülməsini istəyib

Daha sonra İpek Kıraç atası İnan Kıraçı məhkəməyə verib. O, İnan Kıraçın qaçaqmalçı olduğunu və hələ də mal qaçaqmalçılığı ilə məşğul olduğunu iddia edib.

İpek Kıraçın tələbi ilə məhkəmə İnan Kıraça məxsus "Karsan" şirkətinin səhmləri haqqında həbs qətimkan tədbiri seçilməsinə qərar verib.

Əfsanə

Manşet.az


Xəbər xətti

10 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin