Havaların anomal isti keçməsi insanlara necə təsir edəcək?

20:48 - 31 Oktyabr 2023

Havaların anomal isti keçməsi insanlara necə təsir edəcək?

Getdikcə qışın azalıb, isti havaların ilboyu çox olması insan orqanizminə təsirsiz ötüşməyəcək.

 

Manset.az  medicina.az-a istinadən xəbər verir ki, ABŞ Sağlamlıq İnstitutunun nəticələrinə görə, 2035-ci ildən Yer üzündə istilərin normanı aşacağı qaçılmazdır və istidən ölümlərin artacağı proqnozlaşdırılır.

Hər yay isti səbəbindən ürək-damar xəstəliklərindən ölümlər daha 1% artır. Əgər bütün ilboyu istilər aktivləşəcəksə, bu rəqəm 3%-ə qədər yüksələcək.

Daha çox uşaqlar, yaşlılar və dərisi tünd olanlar risk altındadır. Sərin infrastrukturu olmayan kasıb dövlətlərdə bu rəqəmlər daha artıq olacaq.

2008-2019-cu illərdə 12 milyondan çox ölüm baş verib. Ölüm statistikası ştatlarda istiliyin 50 dərəcəyə çatdığı illər və aylarda daha da artıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv