11 cüdoçumuz Fransada mübarizə aparacaq

18:40 - 31 Oktyabr 2023

11 cüdoçumuz Fransada mübarizə aparacaq

Azərbaycanın qadın və kişi cüdoçulardan ibarət yığmalarının noyabrın 3-də Fransanın Monpelye şəhərində start götürəcək Avropa çempionatı üçün heyəti açıqlanıb.

 

Manset.az xəbər verir ki, üç gün davam edəcək milli komandaların 9 çəki dərəsində 11 üzvü mübarizə aparacaq.

Qadınlar arasında Leyla Əliyeva (48 kiloqram) və Gültac Məmmədəliyeva (52 kiloqram) öz güclərini sınayacaq. Kişilərdən isə Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kiloqram), Yaşar Nəcəfov (66 kiloqram), Hidayət Heydərov, Rəşid Məmmədəliyev (hər ikisi 73 kiloqram), Zelim Tçkayev (81 kiloqram), Murad Fətiyev (90 kiloqram), Zelim Kotsoyev (100 kiloqram) və Uşangi Kokauri (+100 kiloqram) tatamiyə çıxacaqlar.

Qeyd edək ki, Avropa çempionatında cüdoçular federasiyanın vitse-prezidenti Elnur Məmmədli başda olmaqla, böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elçin İsmayılov və Slavko Tekiç, qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədovun rəhbərliyi altında çıxış edəcəklər.


Xəbər xətti

5 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin