Fransanın paytaxtı Parisdə polislər metro stansiyasında “Allahu Əkbər” deyə qışqıraraq özünü partlatmaqla hədələyən çarşaf geyinmiş silahsız qadını güllələyib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, hadisə Parisin “Bibliothèque François-Miterrand” metro stansiyasında baş verib.
Şəhərətrafı qatarın sərnişinləri polisə xəbər verdikdən sonra polis paytaxtın cənub sahilindəki stansiyada şübhəli hərəkət edən qadını yaxalayıb. Mənbələr qadının polisi təhdid etdiyini iddia edib.
Polis qadını yaralayıb. Baş Prokurorluq polisin odlu silahdan istifadəsinin əsaslı olub-olmamasını aydınlaşdırmaq üçün araşdırmaya başlayıb.
Əfsanə
Manşet.az