McDonald'sın bir müddət əvvəl İsrail ordusuna hər gün 4 min pulsuz yemək verdiyini açıqlamasından sonra dünyanın müxtəlif yerlərində restoranlar şəbəkəsinin bu qərarına reakiyalar özünü göstərməkdədir.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İngiltərənin Birmingem şəhərində bir nəfər etirazçı Fələstin bayrağının rənglərinə boyanmış onlarla siçanı bir qutuda McDonald's qida restoranları şəbəkəsinin filialına qoyub.
Protesto edən şəxs öz etirazını sosial şəbəkədə də paylaşıb. Etirazçının yayımladığı “Siçan burgerlərinizin dadını çıxarın” başlıqlı klipdə siçanların olduğu avtomobilin dövlət nömrə nişanında “Azad Fələstin” yazıldığı görülüb.
Qeyd edək ki, McDonald's İsrail əsgərlərinə verilən yeməklərin görüntülərini sosial media hesablarında paylaşaraq hər gün təxminən 4000 yemək bağışlayacağını ifadə etmişdi. Həmçinin, məhsullarının paketlərini İsrail bayrağının rəngində qablaşdırıb.
Əfsanə
Manşet.az