Fələstin mesajından sonra heyətdən kənarlaşdırılan futbolçu əfv edildi

15:04 - 31 Oktyabr 2023

Fələstin mesajından sonra heyətdən kənarlaşdırılan futbolçu əfv edildi

Almaniyanın Bundesliqa komandalarından biri olan "Mainz 05" sosial şəbəkədə Fələstini dəstəklədiyinə görə heyətdən kənarlaşdırılan futbolçusu Ənvər Əl Qazini əfv edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, klubdan verilən açıqlamada Mərakeş əsilli 28 yaşlı holland futbolçunun etdiyi paylaşımdan peşman olduğu və klubda yaradılan mənfi atmosferdən üzüldüyü bildirilib.

Ənvər Əl Qazinin tezliklə məşqlərə və heyətə dönəcəyi bildirilib.

Qeyd edək ki, futbolçu sosial media hesabındakı paylaşımında İsrail və Fələstin arasındakı güc balanssızlığından bəhs edərək "Çaydan dənizə Fələstin azad olacaq"yazısını bir müddət sonra silib. Paylaşımından sonra Mainz 05 onu heyətindən kənarlaşdırmışdı.

Əfsanə

Manşet.az

 


Xəbər xətti

5 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin