Mehriban Əliyeva Prezidenti tarixi çıxışına görə belə təbrik etdi - VİDEO
13 Noyabr 2024
20:53 - 28 Sentyabr 2021
Belarus Prezidenti Aleksandr Lukaşenko hesab edir ki, belarusluların əksəriyyəti qanunvericilikdə ölüm cəzasının saxlanılmasının tərəfdarıdır.
O, bu barədə Minskdə özünün də iştirakı ilə keçirilən konstitusiya komissiyasının iclasında bəyan edib.
Xatırladaq ki, Belarusda yeni konstitusiya hazırlanır.
Konstitusiya referendumunun 2022-ci ilin fevralından gec olmayaraq keçirilməsi planlaşdırılır.
Konstitusiya komissiyasının yekdil fikrdə olmadığı və bunu prezident səviyyəsinə qaldırmağa qərara aldığı mübahisəli məsələlərdən biri də ölkədə ölüm cəzasının tətbiqi təcrübəsinin qorunması və ya ləğv edilməsi məsələsi olub.
“Əgər biz indi bu məsələni qaldırsaq… Yenə də düşünürəm ki, əksəriyyət (ölüm cəzasının - red.) saxlanılmasının tərəfdarıdır”, - deyə 67 yaşlı siyasətçi vurğulayıb.
Eyni zamanda, Belarus Prezidenti müvafiq məsələnin ayrıca referenduma çıxarılması barədə fikirlə razılaşdığını ifadə edib.
Məlumat üçün qeyd edək ki, Avropa İttifaqı (Aİ) uzun illərdir Belarusdan ölüm cəzasının tətbiqini dayandırmağı tələb edir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin