Milli Məclis Lüksemburq Deputatlar Palatasının qərəzli qətnaməsinə dair bəyanat yaydı
21 Noyabr 2024
10:06 - 20 Oktyabr 2023
Azərbaycanın özünəməxsus qədim maddi, mədəni və mənəvi irsi mövcuddur. Milli mədəniyyətin qorunması və inkişafı həm də milli dövlətçiliyin qorunması deməkdir. Tarixin müxtəlif dövrlərində çətinliklərlə üzləşən Azərbaycan xalqı dilinə, adət-ənənələrinə, mədəniyyətinə, ədəbiyyatına, tarixinə, milli-mənəvi dəyərlərinə sahib çıxıb, özünəməxsusluğunu qoruyub saxlaya bilib. Hal-hazırda xalqımız tərəfindən əsrlər boyunca yaşadılan milli-mənəvi irsimizin böyük bir hissəsinin mühafizəsinin təşkili bu gün dövlət siyasətində öz əksini tapir.
Məsələ ilə bağlı Manset.az-a danışan tarixçi alim Zaur Əliyev bildirib ki, tarixin istənilən dövrünü araşdırsaq hər bir dövrdə Azərbaycan dövlətçiliyini, mədəniyyətini görə bilərik.
Tarixçi alim qeyd edib ki, bizim coğrafiyamızın hər qarışında tarix yatır:
“Azərbaycanın tarixinə nəzər salsaq böyük bir tarixlə qarşılaşmış olarıq. Bizim dövlətçilik ənənələrimiz və mədəni dəyərlərinə baxanda çox şeyin dəyişmədiyini görürük. Azərbaycanın bu gün coğrafiyasına daxil olan yüzlərlə, minlərlə tarixi abidələr, kitabələr, daş yazılar sübut edir ki, bizim dövlətçilik tariximiz bu günün yada dünənin deyil, daha qədim dövrdən formalaşan bir sistemdir. Azərbaycanın təkcə Qarabağda işğaldan azad olunmuş ərazilərində 2700 alban dövrünə aid abidəmiz var. Biz bura Azərbaycanın bütün coğrafiyasını əlavə etsək bunun sayı bəlkə də 5000-dən çox olar. Eyni zamanda daha qədim dövrlərə aid 10 minə yaxın abidələrimiz mövcuddur. Bunlar hamısı təkcə tikili formasında deyil, daş kitabələr, daş yazılar, dəfn olunmuş insanların qəbirləri formasında və heykəllərdə özünü göstərir. Bizim orta əsrlərə, Səfəvilər, Əfşarlar, Atabəylər, Babəkin dövrünə aid nə qədər abidəmiz var”.
Zaur Əliyevin sözlərinə görə abidələrdə olan naxışlar, işarələr, ornamentlə və yazılar bu günki dövrdə bizim yaşadığımız mədəniyyətin qaynaqlarıdır:
“Abidələrimizi incələyəndə görürük ki, bu gün mövcud olan adət-ənənələrimiz, mədəniyyətimiz, xalçaçılıq və musiqimiz hamısı bir-biriniz tamamlayır. Amma gəlin görək biz bunu kifayət qədər təbliğ edə bilirik? Bu gün Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə, Mədəni İrsin Bərpa Qurumuna dəfələrlə yazıb müraciət etmişik. Azərbaycanda hazırda dağılmaqda olan çoxlu abidələr var. Təkcə 50 abidə haqqında mən yazmışam. Amma bu siyahıda 1000-dən çox abidə var. Təkcə İçərişəhərdə 40 quyu mövcud olub. Şeyx Bakuvinin ardıcıllarının və digərlərinin istifadə etdiyi quyuların hamısının ağzı bağlanıb. Bir neçə abidəni təmir etməklə Azərbaycanın abidələrini qorumaq olmur.
Tarixçi alim qeyd edib ki, Azərbaycanı turizm bölgəsinə çevirmək üçün açıq səma muzeyləri yaratmalıyıq:
“Açıq səma muzeylərimiz çox azdı. Bu gün Azərbaycanın açıq səma altında muzeylərinə baxsaq cəmi 3-4 dənə muzeyimiz var. Qobustandır, Şirvanşahlardır, Qız qalası və s. Yeddi Günbəz açıq səma muzeyinə çevrilə bilər. Qaxda, Şəkidə böyük mədrəsələr var. Onları da açıq səma muzeyinə çevirmək olar. Bizim Qaxda və Zaqatalada abidələrimiz var. Elə Pəri qala özü açıq səma altında muzeydir. Azərbaycanda nə qədər Pəri adı ilə abidələrimiz var. Bunun haqqında xariciləri qoyaq bir kənara bizim özümüzün də məlumatı yoxdu. Əsl Amazon yurdu deyilən yer Azərbaycan torpaqlarında yerləşir. Bakıda İçərişəhərdə, Qız qalasının yanında 11-12-ci əsrə aid qədim mədrəsəni və qədim hamamı ticarət mərkəzi ediblər. Orda əşya satışı həyata keçirilir. Şirvanşahlar sarayının arxasında 11 əsrdə Məkkənin Şərq və Qərb qapısının rəhbərlərinin birgə qərarı ilə ziyarətə gedə bilməyənlər üçün ikinci bir ziyarət ocağı qurulmuşdu. Onun tikildiyi format quruluşu eynilə Məkkədəki kimidir. Bunu gərək təbliğ edək və turizmimizi inkişaf etdirək”.
Zaur Əliyevin sözlərinə görə Azərbaycan televiziya kanallarında tarixi mədəni abidələrlə bağlı verilişlər hazırlanmalı, mütəxəssislər dəvət olunmalı və maraqlı məlumatlar verilməlidir:
“Dağılmış və dağılmaqda olar abidələri müəyyənləşdirib QR kod vasitəsilə stendlər yerləşdirməliyik. QR kod formatında telefonla yaxınlaşıb sistemə girəndə həmin abidənin tarixi, restavrasiya olunmuş forması elektron formada gələn qonaqlara təqdim olunmalıdır. Diri baba türbəsi dünyanın 10 böyük möcüzəsindən birinə daxildir. Qədim tikililər bərpa olunmalıdır. Telekanallar daha çox dövlətçilik tarixini, milli adət-ənənələri, elm və mədəniyyəti təbliğ edən verilişlər hazırlasalar gənc nəsil məlumatlı olar. Televiziyalarda ancaq şou biznes xəbərləridir. Gəzməli, görməli yerlər adı ilə gedib toyları çəkirlər. Qavaldaş dünyada ən qədim musiqi aləti sayılır. Qavaldaşla bağlı xüsusi kurslar açılmalıdır. Uyğun olaraq qədim rəqslərimiz bərpa olunmalıdır. Qədim rəqslərimizin, yallılarımızın növləri televiziyada tez-trez təqdim olunmalıdır. Qərbi Azərbaycan, Naxçıvan, Qarabağ və s. zonasının yallıları bərpa etməliyik. Azərbaycanda ciddi şəkildə böyük bir muzeyimiz yoxdur. Dünya muzeylerində bizim minlərlə abidələrimiz var. Ölkəmizdən daşınmış qədim əşyalarımızın ən azından prototiplərini təqdim etməliyik. Elektron muzeylər yaratmalıyıq. Nadir şah, Şah İsmayıl ilə bağlı əşyalar, Gəncə qapıları Gürcüstan muzeyində saxlanılır. Azərbaycan rəssamlarının əsərləri, xalçalarımız, qədim qablarımız Ermitajda, Viktoriya və Albert muzeyində sərgilənir. Azərbaycan məktəblərində mədəni irslə bağlı dərsliklərimizdə materiallara yer verilməlidir. Azərbaycan Milli Elmlər Akafemiyasının nəznində abidələrimizin öyrənilməsi və araşdırılması mərkəzi olmalıdır. Hər bir rayonun özündə həmin mərkəzin nümayəndəliyi olmalıdır”.
6.3.8. Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği;
Əfsanə Rəcəb
Bu yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin