Avropa İttifaqı Komissiyasının sədri Von Der Leyen Kosovoya səfər edib.
Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, Von Der Leyen səfər çərçivəsində paytaxt Priştinada Kosovo prezidenti Vjosa Osmani ilə görüşüb.
Von Der Leyen və Osmani görüşdən sonra birgə mətbuat konfransı keçirib.
Von Der Leyen Aİ-nin tərkibində olan 6 Qərbi Balkan ölkəsi ilə ortaq gələcəyə tam sadiq olduqlarını bildirib.
Kosovonun AB islahatlarında davamlı irəliləyiş əldə etdiyini bildirən Von Der Leyen, "Ona görə də, xüsusilə demokratiyanızın gücləndirilməsi istiqamətində çəkdiyiniz zəhmət və səylərə görə sizi təbrik edirəm. Təbii ki, görüləcək daha çox iş var. Mən zəmanət vermək istəyirəm ki, biz birlikdə bu yolda gedəcəklər” deyib.
Von Der Leyen həmçinin Kosovo vətəndaşlarını 2024-cü il yanvarın 1-dən Şengen zonasına vizasız səyahətə başlaması münasibətilə təbrik edib.
Prezident Osmani bildirib ki, o, Von Der Leyenlə Aİ-nin Qərbi Balkanlar üçün Kosovonun Avropa bazarına inteqrasiyasını nəzərdə tutan yeni artım planını müzakirə ediblər.
Jalə