Amerika vətəndaşı olan Fələstin əsilli model bacılar Bella və Gigi Hadidin atası Məhəmməd Hadid İsraildə olduğu müddətdə yaşadığı zülmlərdən danışıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Hadid qızlarının Fələstinin mübarizəsini dəstəkləsinin ən böyük səbəbini atalarının fələstinli olaraq keçirdiyi dəhşətli təcrübələr olduğunu bildirib.
Məhəmməd Hadid qatıldığı proqramda evinin israillilər tərəfindən necə işğal edildiyindən və İsrail dövlətinin sərhədləri daxilində olan, əvvəllər Şimali Fələstinə aid olan Safed şəhərindən necə köç etmək məcburiyyətində qaldıqlarını dilə gətirib.
“Anam gələndə mənə hamilə olduğu vaxt Nasıraya ailəsinin evinə gediblər. Doğuşdan sonra mən cəmi 9 günlük ikən Safedə evə qayıdır. Ancaq evinə girə bilmir. Bizə girməyimizə icazə vermirlər. Anam yalvararaq heç olmasa məni sarımaq üçün örtük istəyib. Ona belə icazə verməyiblər. Ona görə də anam Suriyadakı qaçqın düşərgəsinə gedib”.
Qeyd edək ki, dünya şöhrətli məşhur model bacılar hər zaman Fələstinə dəstək nümayiş etdiriblər.
Əfsanə
Manşet.az