<

Biləsuvarda "VAZ-21011" yük avtomobili ilə toqquşdu - Yaralılar var

09:01 - 29 Oktyabr 2023

Biləsuvarda

Biləsuvarda yol-nəqliyyat hadisəsi baş verib.

 

Manset.az Apa-ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında rayonun Günəşli kəndi ərazisində qeydə alınıb. Rayonun İsmətli kənd sakini Müqəddəs Babayevin idarə etdiyi "VAZ-21011" markalı minik avtomobil hərəkətdə olarkən yük avtomobili ilə toqquşub.

Qəzada sürücü və həmkəndliləri olan sərnişinlər - Xəyal Pənah oğlu Əliyev və Tural Xudabaxış oğlu Abbasov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Biləsuvar rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

10 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin