Britaniyalı boksçu Tayson Fyuri Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubunun futbolçusu Kriştianu Ronaldu ilə görüşüb.
Manset.az Oxu.az-a istinadən xəbər verir ki, bu gün Fyuri "Ultimate Fighting Championship" (UFC) üzrə keçmiş çempion Frensis Nqannu ilə döyüşəcək.
Döyüşdən əvvəl britaniyalı boksçu Kriştianu ilə söhbətləşib.
Qeyd edək ki, döyüş Ər-Riyadda ağır çəki dərəcəsində baş tutacaq.