Sumqayıtda köhnə düymə zavodunda yanğın başlayıb.
Manset.az Report-a istinadən xəbər verir ki, yanğın zamanı şəhər sakini Xaqani Məmmədov huşunu itirib, ona ilkin tibbi yardım edildikdən sonra xəstəxanaya çatdırılıb.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.